Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:38

Avtomobil idxalı 2015-ci il həddinə çatıb


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

2018-ci ildə Azərbaycana 28 min 876 ədəd nəqliyyat vasitəsi gətirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Bu, əvvəlki ilin göstəricisindən 2.2 dəfə çoxdur və 2015-ci il səviyyəsinə uyğundur.

2015-ci ildə baş verən devalvasiyalardan (manat dollar qarşısında iki dəfə dəyər itirmişdi) sonra ölkəyə avtomobil idxalı kəskin azalmışdı.

2018-ci il xaricdən 26 mindən çox minik avtomobili alınıb. Qalanları isə avtobus, yük maşınları və xüsusi texnika olub.

Son illər büdcə gəlirlərinin artması dövlət strukturlarından (Dövlət Yol Polisi İdarəsi və s.) ötrü idxal edilən avtomobillərin sayına da təsir edib.

Son 6 il ərzində avtomobil idxalının ən aşağı həddi 2016-cı ildə (5 min 746) qeydə alınıb. 2013-cü ildə isə xaricdən 100 mindən çox nəqliyyat vasitəsi gətirildiyi bildirilir.

Ekspertlər düşünür ki, bu il aksiz vergisinin artırılması (50-70 faiz) idxal edilən avtomobillərin sayının artmasına bir elə imkan verməyəcək.

XS
SM
MD
LG