Keçid linkləri

Təcili xəbərlər
2019, 25 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Qarabağ üzrə növbəti görüş Parisdə olmalıdır


Nazirlər və həmsədrlərin Nyu-York görüşü. 26 sentyabr 2018

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 14-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə görüşün bu il yanvarın 16-da Parisdə keçirilməsi nəzərdə tutulur.

Bu görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak etməlidir.

Görüş baş tutarsa, bu, 2019-cu ildə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində tərəflərin ilk təması olacaq.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-cı ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG