Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:42

Rəsulzadə haqqında yeni kitab


M.Ə.Rəsulzadə

«Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943» adlı kitab işıq üzü görüb. Aydın Balayevin müəllifi olduğu kitabı «Pergament» Yayın Evi nəşr edib.

Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb ilk dəfə elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyin banilərindən biri olan M.Ə.Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.

Əsərdə M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakından bəhs edilir. Kitabda onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də SSRİ-dəki rejimə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılaraq Azərbaycan dilində oxuculara təqdim olunur.

Xatırlatma

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olub. AXC 1918-ci il mayın 28-də yaradılıb. Rusiyanın silahlı müdaxiləsi nəticəsində 1920-ci il aprelin 28-də süqut edib. Azərbaycan bir də 1991-ci ildə müstəqilliyini bərpa edib.

M.Ə.Rəsulzadə AXC-nin süqutundan sonra mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb.

2018-ci il Azərbaycanda «Xalq Cümhuriyyəti ili» elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG