Keçid linkləri

Təcili xəbərlər
2019, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:21

Mehman Hüseynovun işinə Avropa Məhkəməsində prioritet baxılması istənilir


Mejman Hüseynov

M.Hüseynovun işinə Avropa Məhkəməsində prioritet baxılması istənilir.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup hesab edir ki, həbsdəki bloqqer Mehman Hüseynovun işi kimiməsələlərə Avropa İnsan hüquqları Məhkəməsində (AİHM)prioritet qaydada və ölkədaxili müdafiə vasitələri tükəndirilmədən baxılması məsələsi müzakirəyə çıxarılmalıdır.

Bu haqda İşçi Qrupun bu gün, dekabrın 29-da yaydığı açıqlamada vurğulanır. Açıqlama bloqqer Mehman Hüseynova həbsdə yeni cinayət işinin açılması ilə bağlıdır.

İşçi Qrup M.Hüseynova yenidən cinayət işi açılmasını qınayıb.

“Yeni cinayət təqibinin arxasında siyasi motivlər dayanması şübhəsizdir. M.Hüseynova açılmış cinayət işi hökumətin tənqidçilərinə həbslərlə cavab vermək siyasətindən geri çəkilmək niyyətində olmadığının, ifadə azadlığını saya salmadığının növbəti təzühürüdür”.

Açıqlamada o da vurğulanır ki, M.Hüseynov həbsdən buraxılmasına az qalmış qurama ittihamla şərlənən yeganə şəxs deyil.

“Hökumət öz tənqidçilərini, siyasi opponentlərini sıradan çıxarmaq, başqalarının gözünü qorxutmaq üçün vaxtaşırı bu iyrənc metoddan istifadə edir”, yazılan sənəddə bundan əvvəl jurnalist Eynulla Fətullayevin, AXCP sədrinin müavini Məmməd İbrahimin, keçmiş səhiyyə naziri Əli İnsanovun, habelə hicab məhbusu kimi tanınan bir neçə nəfərin də həbsdən çıxamalarına az qalmış qurama ittihamlarla şərləndiyi vurğulanır.

İşçi Qrup hesab edir ki, Avropa Birliyi, Avropa Şurası, ATƏT, BMT və digər beynəlxalq birliklər Azərbaycanda insan hüquqlarının durumunu təcili müzakirəyə çıxarmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini daha sərt şəkildə hökumətindən tələb etməlidir.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupda əsasən, hüquq müdafiəçiləri, jurnalistlər, hüquqşunaslar təmsil olunurlar. Qrupu keçmiş məhbuslar təsis ediblər.

Bu mürciətə, hələlik, Azərbaycan hökuməti və AİHM təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri ölkədə insanların tənqidi mövqeyi, siyasi, peşə fəaliyyətinə görə, təqiblərə məruz qalması haqqında deyilənləri qəbul etmirlər.Azərbaycan rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə bütün fundamental hüquqlar qorunur.Üstəlik, onlar ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər tərətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Hərçənd, hüquq müdafiəçiləri ölkədə təqribən 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Xatırlatma

Böhtana görə, 2 il azadlıqdan məhrum edilmiş bloqqer Mehman Hüseynovun cəzası mart ayında başa çatacaq. Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da bloqqerə yeni cinayət işi açılması haqqında məlumat yayıb.

Həmin məlumata görə, Mehman Hüseynov cəzaçəkmə müəssisəsinin zabitinin qanuni tələblərinə tabe olmayıb, ona qarşı zor tətbiq edib.

Rəsmi məlumata görə, bloqqerə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb.Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyir.

Bloqqerin yeni ittihamla üzləşdiyini onun vəkilləri də təsdiq edib. Amma vəkilləri başqa, oxşar məddədən bəhs ediblər. “Mehmana dekabrn 26-da 10 günlük cəza təcridxanasına salınma qərarı çıxarılıb. O, şahid kimi dindirilib, daha sonra Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir”, deyə vəkili Ş.Hümbətova bildirib. Vəkilin sözlərinə görə, bloqer əvvəlki ittiham kimi bunu da qəbul etmir, qurama ittihamla həbs müddətini artırmaq istədiklərini düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG