Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:29

Bankların aktivləri artıb


Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Bank borcları üçün hökumət nə edə bilər?

Bu il noyabrın 30-da Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 mlrd. 827.2 mln. manat təşkil edib.

Bu məlumatı bu gün, dekabrın 28-də Maliyyə Bazarına Nəzarət Palatası açıqlayıb.

Məlumatda qeyd edilir ki, bankların cəmi öhdəlikləri isə 25 mlrd. 579.7 mln. manat olub.

2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri oktyabr ayı ilə müqayisədə 0.5 faiz (137 mln. manat), öhdəlikləri isə 0.2 faiz (61.5 mln. manat) çoxalıb: «Noyabr ayında bankların kredit portfeli 2.4 faiz (282.9 mln. manat) artaraq 12 mlrd. 171.2 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4 faiz (834.5 mln. manat) artıb».

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7 mlrd. 989.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9 faiz (447.4 mln. manat) artım olub.

«Cari ilin 11 ayı ərzində banklar 644 mln. manat əməliyyat mənfəəti, 306.3 mln. manat xalis mənfəət generasiya edib», - palatanın məlumatında qeyd edilir.

Bunun ötən ilin eyni dövründən az olduğu bildirilir.

İqtisadçı rəyi

«Generasiya mənfəəti bank kreditlərindən, bir də Mərkəzi Bankın qiymətli kağızlarının faizlərindən bankların əldə etdiyi qazanclardır».

Bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bunlar heç zaman xalis mənfəət sayıla bilməz: «Ona görə ki, banklar buradan əməliyyat xərclərini, problemli kreditləri çıxmırlar. Çünki bu zaman məlum ola bilər ki, bank nəinki mənfəət əldə etməyib, hətta ziyana işləyib...».

Azərbaycanda hazırda 30 bank fəaliyyət göstərir.

Multimedia

XS
SM
MD
LG