Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:50

Rusiyalı reper Ukraynaya buraxılmayacaq


Simferepolda Rusiya mədəniyyəti gecəsi, 18 sentyabr, 2018-ci il

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) rusiyalı reper LJ-nin (Aleksei Usenko) ölkəyə girişinə üçillik qadağa qoyub, bunu “ölkənin təhlükəsizliyinin təmin olunmasıyla” izah edib.

Sonuncu dəfə LJ noyabrın 25-də Kiyevdə konsert verib.

Ukrayna 2014-cü ildə mədəniyyət xadimlərinin “qara siyahısı”nı hazırlayıb. Rusiyanın Ukraynanın şərqinə təcavüzünü, Krımın ilhaqını dəstəkləyənlər bu siyahıya salınıb. Krıma, Ukraynanın şərqinə qastrola gedənlər də bu siyahıya salınmağa başlayıb.

2017-ci ildə Ukrayna Krıma səfər etmiş 1500-dək adamın ölkəyə girişini yasaqlayıb. Bu siyahıda Rusiyanın tanınmış müğənniləri də var.

Ancaq LJ-nin siyahıya salınma səbəbi bəlli deyil. Çünki musiqiçi indiyədək ilhaq olunmuş Krımda konsert verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG