Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 08:55

Neftin bareli 117 dollara qalxıb

Hörmüz boğazı
Hörmüz boğazı

Martın 9-da neftin qiyməti 25 faizdən çox artıb. Bu, 2022-ci ilim ortasından bəri ən yüksək səviyyədir. Səbəb isə ABŞ-İsrail-İran müharibəsinin genişlənməsi fonunda böyük istehsalçılardan bəzilərinin hasilatı azaltması, daşınmalarda pozuntuların uzanmasıdır.

Enerji bazarları Hörmüz boğazı ətrafındakı böhrana xüsusi əsəbi yanaşırlar. Dünyanın neft təchizatının təxminən 1/5-i bu boğazdan keçir.

"Brent" neftinin bareli 24.96 dollar, yaxud 27 faiz qalxaraq 117.65 dollara yüksəlib. "Qərbi Texas" neftində artım 25.72 dollar, yaxud 28.3 faiz olub - 116.62 dollara çatıb.

Bazar ertəsi daha öncəski sessiyalarda "Qərbi Texas" neftinin bareli 119.48 dollara, "Brent" neftininki isə 119.50 dollara qalxmışdı.

"Hörmüz boğazından neft axını tezliklə bərpa olunmasa, regional gərginlik səngiməsə, qiymətlərin qalxması davam edəcək", – Sinqapurdakı OCBC korporasiyasından Vasu Menon belə deyir.

Neftin bahalanmasına təsir göstərən daha bir amil isə Müctəba Xameneinin İranın Ali lideri elan olunmasıdır. Bu, Tehranda sərt xətt tərəfdarlarının hakimiyyətdə qalmasının göstəricisidir. ABŞ-İsrail-İran müharibəsi isə artıq 10-cu gündür davam edir.

Aİ-nin yetərincə neft-qazı var, ancaq qiymətlər narahatlıq yaradır – sözçü

Avropa Komissiyası martın 9-da bildirib ki, Yaxın Şərqdəki müharibəyə görə təchizat zəncirlərində pozuntulara baxmayaraq, Aİ üzv dövlətlərinin yetərincə neft və qaz ehtiyatı var.

"Enerji təchizatının təhlükəsizliyindən daha çox enerjinin yüksək qiymətlərinə görə narahatıq", – Avropa Komissiyasının sözçüsü Anna-Kaysa İkonen Brüsseldə jurnalistlərə deyib. Onun sözlərinə görə, Aİ ölkələrinin 90 günədək yetəcək həcmdə neft və ya ona bərabər enerji ehtiyatı var, hər hansı fövqəladə vəziyyətin əlaməti də görünmür.

G7 ölkələri martın 9-da strateji ehtiyatlardan mümkün istifadəni də müzakirə edəcəklər, İkonen bunu da təsdiqləyib.

XS
SM
MD
LG