Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:10

BMT miqrasiya paktını təsdiqləyir


António Guterres (sağda)

BMT Baş Məclisi miqrasiya məsələləri üzrə qlobal əməkdaşlığı gücləndirməyi nəzərdə tutan paktı təsdiqləyib. Birləşmiş Ştatlar və daha dörd ölkə hüquqi qüvvəsi olmayan bu sənədə qarşı çıxır.

Dekabrın 19-da Miqrasiya üzrə Qlobal Sazişin lehinə 152 ölkə səs verib, 12 ölkə səsvermədən imtina edib. 24 ölkə isə prosesdə iştirak etməyib.

Qətnamə ilkin olaraq dekabrın əvvəlində Mərakeşdə qəbul edilmişdi.

Macarıstan, Çexiya, İsrail, Polşa və Birləşmiş Ştatlar pakta qarşıdırlar.

Sənəddə miqrantların qorunması, inteqrasiyası, onları öz vətənlərinə necə göndərmək kimi məsələlər yer alıb.

BMT-nin Baş katibi Antonio Guterres qətnamənin qəbulunu alqışlayıb, onun beynəlxalq əməkdaşlıq üçün platforma təmin etdiyini deyib.

Birləşmiş Ştatların mövqeyincə, qətnamə miqrasiyanı ölkələrin suverenliyi hesabına “qloballaşdırmağa”, yeni beynəlxalq düzən yaratmağa cəhd göstərir.

Avropada bəzi sağ-qanad siyasətçiləri iddia edirlər ki, bu pakt Afrika və ərəb ölkələrindən immiqrasiyanı artırar.

Sənədi dəstəkləyənlər isə onun hüququ qüvvəsi olmadığını, ölkələrin öz sərhədlərinin, miqrasiya siyasətlərinin yiyəsi kimi qaldıqlarını bildirirlər.

XS
SM
MD
LG