Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:17

Xəbərdarlıq: Temperatur kəskin düşəcək


Yağış

Dekabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 15-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi proqnozlaşdırılır. Maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənir.

Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Temperaturun ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı təxmin edilir.

Multimedia

XS
SM
MD
LG