Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

Prezident Valeri Gerasimovu qəbul edib


Görüş

Bu gün, dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, İ.Əliyev Rusiya ilə NATO-nun yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsindən ötrü Bakının seçilməsinə görə qonağa minnətdarlığını bildirib. O qeyd edib ki, bu, Azərbaycana hörmətin, etimadın göstəricisidir. Onun fikrincə, bu, eyni zamanda, Azərbaycanın dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini göstərir.

İkitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən hərbi sahədə çox uğurla inkişaf etdiyini deyən İ.Əliyev Azərbaycan və Rusiya arasında xeyli sayda sazişlərin, sənədlərin imzalandığını vurğulayıb. Prezident Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin tarixi sınaqlardan çıxdığını da ifadə edib.

V.Gerasimov NATO və ABŞ nümayəndələri ilə artıq bir neçə dəfədir Bakıda görüşdüklərini, Bakının bundan ötrü çox münasib bir məkan olduğunu vurğulayıb.

İkitərəfli münasibətlərə toxunan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib.

Azərbaycan prezidenti İ.Əliyev dekabrın 11-də isə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparottini qəbul etmişdi. Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

Dekabrın 12-də K.Skaparottinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşü gözlənir.

Xatırlatma

NATO və Rusiyanın hərbi liderləri bundan əvvəl də Bakıda bir araya gəliblər. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov keçən il sentyabrın 7-si Bakıda görüşmüşdülər. Həmin görüşdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunmuş, tərəflər əlaqələri davam etdirməyə qərar vermişdilər.

Ondan əvvəl isə ABŞ və Rusiyanın hərbi liderləri Bakıda bir araya gəlmişdilər. Ötən il fevralın 16-da Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef DanfordV.Gerasimovun görüşü keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG