Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Universitet rektoru 5 illiyə təyin olunacaq


Bakı Dövlət Universiteti

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.

Bununla bağlı prezident İlham Əliyev ««Təhsil haqqında» Qanunun tətbiqi edilməsi barədə» Fərmanına dəyişiklik edilməsi haqqında ayrıca fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir. Əvvəl isə belə məhdudiyyət yox idi.

Nazirlər Kabineti prezident aktlarının bu sənədə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

««Təhsil haqqında» Qanunun tətbiq edilməsi barədə» Fərman 2009-cu il sentyabrın 9-da imzalanmışdı.

XS
SM
MD
LG