Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 13:00

Dövlət başçısı başsağlığı verib


İ.Əliyev ABŞ səfirliyində

Prezident İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində olub.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

İ.Əliyev ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill ilə söhbət edib. O, C.Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

C.Buş 1989-1993-cü illərdə ABŞ prezidenti olub. 2018-ci il dekabrın 1-də 94 yaşında vəfat edib.

Multimedia

XS
SM
MD
LG