Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:25

Jurnalist polis nəzarətinə verilib


A.Məmmədov

Criminal.az saytının baş redaktoru Anar Məmmədov polis nəzarətinə verilib.

Turan-ın məlumatına görə, jurnalist bu gün, noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağrılıb.

Baş Prokurorluq Gəncə hadisələri zamanı A.Məmmədovun baş redaktoru olduğu criminal.az saytı barəsində cinayət işi açıldığını açıqlamışdı.

Noyabrın 30-da A.Məmmədova yeni ittihamlar irəli sürülüb. İttihamların ağırlaşdırıldığı bildirilib. Hazırda A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq jurnalist barəsində polis nəzarətinə vermə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü ( vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bu zaman bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən criminalaz.com-un girişinə məhdudiyyət qoyulmuşdu.

A.Məmmədov özü isə ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG