Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 07:42

Kiyevdə Rusiya pravoslav keşişi ‘nifrət qızışdırmaq’da suçlanır


Pechersk Lavra (monastırı)

Ukrayna kəşfiyyat xidməti Kiyevin ən böyük və qədim monastırının başçısının evini axtarıb. Bu monastır Rusiya Pravoslav Kilsəsinə daxildir.

SBU kəşfiyyat agentliyinin baş qərargah rəisi Ihor Huskov noyabrın 30-da jurnalistlərə deyib ki, Pechersk Monastırının başçısı Pavlo Ata “nifrət qızışdırmaq”da suçlu bilinir.

Hazırda Ukraynada üç pravoslav icması var, onlardan ikisi Rusiyadan ayrılıblar.

Əsrlər boyunca Rusiya Pravoslav Kilsəsinin tərkibində olmuş Ukrayna kilsəsi bu il müstəqilliyini elan edib.

Kiyev Patriarxlığı 1992-ci ildə Sovet İttifaqı parçalanandan sonra Moskvadan ayrılıb.

Bu həftə Ukrayna ilə Rusiya arasında gərginlik daha da artıb. Bazar günü Rusiya sərhədçiləri Ukraynanın üç gəmisinə atəş açıb, gəmiləri və heyət üzvlərini saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG