Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:34

Aydan götürülmüş süxurlar 855 min dollara satılıb


Luna 10 stansiyası, 1966-cı il

1970-ci ildə sovet missiyası tərəfindən Aydan götürülmüş üç süxur noyabrın 29-da Nyu York hərracında 855 min dollar satılıb.

Sotheby's hərracı bildirib ki, bu süxurlar özəl əllərdə olan nadir Ay materialıdır. Daşları hərraca onları 1993-cü ildə 442 min 500 dollara almış bir amerikalı kolleksiyası təqdim edib,.

Son alıcının da amerikalı kolleksiyaçı olduğu bildirilir, amma adı açıqlanmır.

Bu nümunələr nə vaxtsa keçmiş sovet kosmik proqram direktoru Sergei Korolev-un həyat yoldaşı Nina Koroleva-ya məxsus idi. Ərinin proqrama töhfələrini nəzərə alaraq sovet hökuməti süxurları qadına hədiyyə etmişdi. Bunu Sotheby's bildirib.

Korolev raket mühəndisi, təyyarə dizayneri idi, 1950-60-cı illərdə sovet kosmik proqramının aparıcı qüvvəsi idi.

Daş hissələrini 1970-ci ilin sentyabrında heyətsiz Luna-16 missiyası yığıb. O zaman ayın səthində 35 santimetrlik deşik açılıb və nümunə götürülüb.

Bundan başqa Birləşmiş Ştatların Apollo missiyası, eləcə də Rusiyanın Luna missiyaları da Aydan nümunələr götürüb.

XS
SM
MD
LG