Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:55

Güclü külək, qar və daşqın gözlənir


Yağış

Noyabrın 30-da Bakı və Abşeron yarımadasında havanın yağıntılı olacağı gözlənir. Axşam şəhərətrafı ərazilərdə yağışın arabir sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi, noyabrın 29-dan 30-na keçən gecə küləyin arabir şiddətlənəcəyi, gündüz isə mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə və gündüz 4-7 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində də noyabrın 30-da bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə 5-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 2-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Multimedia

XS
SM
MD
LG