Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 01:44

Belarusda məhkum edam olunub


Ali Məhkəmədə ölüm cəzasına məhkum edilmiş şəxslərin şikayətinə baxır

Belarusda qətl törətməkdə təqsirli bilinmiş bir şəxs edam olunub. Bu haqda Minskdə mənzillənən Vyasna (Bahar) insan haqları qrupu məlumat yayıb.

Vyasna Syamyon Berazhny-nin qohumlarına istinadla xəbər verir ki, 31 yaşlı məhkumun güllələnmə ilə edam olunması barədə onlara rəsmi informasiya verilib.

Belarus Avropa məkanından və keçmiş sovet ölkələri içində ölüm cəzasının qüvvədə qaldığı yeganə ölkədir.

Berazhny və daha 3 nəfər 2017-ci ilin iyulunda qətl və adam oğurluğunda təqsirli biliniblər. Müstəntiqlərin deməsinə görə, onlar yaşlı ev sahiblərinin mənzillərini ələ keçirmək üçün onları öldürən bandanın üzvləridirlər.

İyunda Ali Məhkəmə Berazhny və digər təqsirləndirilən Hershankou-ya qarşı ölüm cəzasının icrasını ertələyib, çünki insan haqları müdafiəçiləri onları edam etməməyə çağırırdı.

Belarus 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə edəndən 400-dən çox adam ölümə məhkum edilib.

İki məhkumun mayda edam olunduğu bildirilir.

XS
SM
MD
LG