Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:28

Ağ ev CNN müxbirinin akkreditasiyasını bərpa eləyir


İnsident zamanı

Ağ ev Prezident Donald Trump-la söz güləşdirdiyi bildirilən CNN müxbirinin akkreditasiyasını bərpa edir.

Qurumun sözçüsü Sarah Sanders noyabrın 19-da bildirib ki, Jim Acosta-nın akkreditasiyası bərpa olunacaq, amma o, müxbirlər üçün yeni qaydaları açıqlayıb.

Sözçü deyib ki, bundan sonra mətbuat konfranslarında hər bir müxbir yalnız bir sual verəcək, sualı davam etdirmək yalnız Ağ evin icazəsi ilə olacaq.

Bu ayın əvvəlində Acosta Trump-a bir sualı bir neçə dəfə verəndən sonra prezident onun mikrofonunun söndürülməsinə göstəriş verdi. Bundan sonra jurnalistin daimi akkreditadiyası ləğv olundu, amma Ağ evə girişi qadağan olunmadı. Bu isə jurnalistin hər gün daha ciddi təhlükəsizlik prosedurundan keçməsi demək idi.

Federal hakim isə Ağ evin Acosta-nın akkreditasiyasını bərpa etməsi barədə qərar çıxardı.

Ağ evin Müxbirlər Assosiasiyası bu qərarı alqışlayıb, amma yeni qaydaları tənqid edib.

XS
SM
MD
LG