Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:03

Prezident Bakıya qatarla qayıtdı


İ.Əliyev Sumqayıtda inşaat kimyəviləri zavodunun açılışında

Bu gün, noyabrın 16-da Sumqayıta səfər edən prezident İlham Əliyev şəhərdə bəzi obyektlərin açılış mərasimlərinə qatılıb.

AZƏRTAC xəbər verir ki, İ.Əliyev öncə Sumqayıt Kimya Sənaye Parkında olub. Ölkə başçısı orda inşaat kimyəviləri zavodunun açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, 60 nəfərin işlə təmin olunduğu zavodun məhsulları Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixrac ediləcək. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır.

Prezident Sumqayıt Kimya Sənaye Parkında 200 nəfərin çalışdığı «Tabaterra» Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin, 230 nəfərin işlə təmin olunduğu əlvan metallar və ferroərintilər zavodunun da açılışını edib.

İ.Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə də görüşüb.

Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə yaradılıb. Orda bir sıra müəssisələr fəaliyyət göstərir.

Prezident səfərin sonunda Dəmir Yolu Vağzalı Kompleksinin açılışına qatılıb. O, açılışdan sonra Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya qayıdıb.

Multimedia

XS
SM
MD
LG