Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:10

'AzerGold' yeni quyular qazır


Qızıl

«AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl hasilatında artım qeydə alınıb.

QSC-dan AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin 10 ayı ərzində hasilat ötənilki göstəriciləri üstələyərək 36 min 632 unsiya təşkil edib. Ümumilikdə 2018-ci il üzrə «AzerGold» QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Verilən məlumata görə, bu da ötən ilin analoji göstəricilərindən 33 faiz çoxdur. QSC bildirir ki, hazırda istismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədilə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir.

Xəbərdə vurğulanır ki, bu il Daşkəsən rayonunda yerləşən Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədilə ümumi dərinliyi 6 min metr olan 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb.

«AzerGold» QSC-nin geoloqlarının bu il aşkarladıqları Ağyoxuş potensial qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama–qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb.

QSC habelə bildirir ki, Çovdar yatağının uzaq cinahları olan Narçala-Ağyoxuş ərazisində də hazırda geofiziki işlər aparılır.

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Məlumata görə, Göygöl rayonunun Kəpəz sahəsində yerüstü geofiziki tədqiqatlar isə növbəti ildə icra ediləcək.

«AzerGold» QSC-dən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində də iyul ayından etibarən intensiv buruq-qazma işləri aparılır.

«Balakən rayonu ərazisində yerləşən və əlvan metal ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədini beynəlxalq məsləhətçi şirkət olan «SRK Consulting» cari ilin sonuna hazır edəcək. Hazırda Balakən rayonu ərazisində yerləşən satelit Mazımçay, Katsdağ və digər yataqların Filizçay layihəsi çərçivəsində birgə işlənməsi perspektivləri nəzərdən keçirilir», - açıqlamada yazılıb.

QSC bildirir ki, istismarına başlanılacaq yeni yataqların hesabına hasilatın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. «İlkin hesablamalara əsasən, təkcə Filizçay və Çovdar yatağının oksid, sulfid fazalarının istismarından ölkə iqtisadiyyatı 10 milyard manatdan artıq gəlir əldə edəcək», - məlumatda qeyd edilir.

Xatırlatma

«AzerGold» QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

«AzerGold» QSC yaradıldıqdan sonra ölkə ərazisindəki başqa yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

Multimedia

XS
SM
MD
LG