Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:46

Neft Emalı Zavodu məhkəməyə verilir


Neft emalı zavodu. Foto arxiv

Bakı Neft Emalı Zavodu ətraf mühiti çirkləndirməkdə günahlandırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq addımların atılmasından ötrü məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Bu haqda nazirliyin məlumatında yazılır.

Nazirlik vurğulayıb ki, zavoddan havaya atılmalardan götürülən nümunələr analiz edilib. Verilən məlumata görə, noyabrın 7-də aparılan analizlərin nəticələri məlum olub: «Nəticələrə görə, qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək».

Bu açıqlamaya, hələlik, müəssisə rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bakı Neft Emalı Zavodu ötən əsrin 40-cı illərinin sonlarında qurulub.

Bir neçə il əvvəl zavodun yenidən qurulmasına başlanıb. Prosesə Avstriyanın «Poerner», Fransanın «Axens», İngiltərənin UOP şirkətlərinin də cəlb olunduğu bildirilir.

SOCAR-ın məlumatına görə, yenidənqurma işləri nəticəsində zavodun mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyondan 7.5 milyon çatdırılması, bir neçə yeni qurğunun tikilərək istismara verilməsi planlaşdırılır.

Yenidənqurmadan sonra zavodda «Euro-5» standartlarına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal edilməlidir. Yenidənqurma işlərinin neçəyə başa gələcəyi barədə dəqiq məlumat verilmir.

Multimedia

XS
SM
MD
LG