Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:06

DGK: Naxçıvanda 105 kq heroin tutulub


Heroin

Naxçıvan Muxtar Respublikasında külli miqdarda narkotik vasitənin tutulduğu açıqlanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) noyabrın 7-də yaydığı məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.

«Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı «Renault» markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub. 79 AA 509 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105.4 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb», - məlumatda yazılıb.

DGK bildirir ki, narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.

«Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Naxçıvan üzərindən Türkiyəyə keçirməklə İstanbul şəhərinə aparacağını deyib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb», - məlumatda yazılıb.

Bu açıqlamaya həbs edilən Türkiyə vətəndaşı və onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

İttiham təsdiqini taparsa, ona əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək həbs cəzası verilə bilər.

Multimedia

XS
SM
MD
LG