Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Vertolyot qəzasında 25 nəfər həlak olub


Həbsxana yaxınlığı

Əfqanıstan Ordusuna məxsus yüksəkçinli məmurları daşıyan vertolyot ölkənin qərbindəki Farah vilayətində qəza edib, 25 nəfər həlak olub.

Vertolyot oktyabrın 31-də səhər dağlıq Anar Dara bölgəsində havaya qalxandan az sonra qəza edib. O, Herat vilayətinə uçurdu. Yerli rəsmi qəzaya pis hava şəraitinin səbəb olduğunu bildirib.

Talibanın sözçüsü isə vertolyotu yaraqlıların vurduğunu deyib.

Paytaxt Kabilin şərqində ölkənin ən böyük həbsxanası yaxınlığında isə intiharçı partlayış törədib, azı yeddi nəfər həlak olub. Onların içində həbsxana işçiləri, təhlükəsizlik əməkdaşları var.

Bu hücuma görə məsuliyyəti götürən olmayıb.

XS
SM
MD
LG