Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:24

OPEC-in Bakıda toplantısı keçiriləcək


Foto arxiv

Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək.

Bu haqda energetika naziri Pərviz Şahbazov bildirib.

AZƏRTAC xəbər verir ki, nazir toplantının gələn ilə planlaşdırıldığını qeyd edib.

“Lakin cari ilin dekabrında Monitorinq Komitəsinin növbəti iclasında bu barədə formal qərar qəbul olunacaq və tarix müəyyənləşəcək. İclasın gələn ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur”, P.Şahbazov bildirib.

Xatırlatma

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.

OPEC-in monitorinq komitəsi isə Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılıb. Komitənin iclası iki aydan bir keçirilir.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 80 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.

Hasilatla bağlı sonuncu qərar bu ilin iyulunda verilib. OPEC və qeyri-OPEC ölkələri nazirləri neft hasilatının sutkada 1 milyon barrel artırılmasına qərar veriblər.

Multimedia

XS
SM
MD
LG