Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:33

Şərq rayonlarında yağış gözlənir


Yağış

Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 19-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, amma gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG