Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 09:59

Prezident Türkmənistandan gələn naziri qəbul edib


R.Meredov

Bu gün, oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İ.Əliyev deyib ki, Azərbaycan ilə Türkmənistan arasında əlaqələr zəngin tarixə malikdir. O vurğulayıb ki, son illər birgə səylər nəticəsində əlaqələr yeni səviyyəyə yüksəlib. Dövlət başçısı habelə bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında siyasi, nəqliyyat, energetika, mədəniyyət sahələrində əlaqələr uğurla inkişaf edir.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkmənistandan Bakıya nazir gəlib

Bu gün, oktyabrın 18-də Türkmənistan xarici işlər naziri Rəşid Meredov Azərbaycana gəlib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda yazılır.

Məlumata görə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr aparılacaq. Orada əməkdaşlıq məsələlərinin nəzərdən keçiriləcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG