Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:32

Bakıda Robot Olimpiadası keçirilir


Foto arxiv

Oktyabrın 6-da Bakıda II Robot Olimpiadası başlanıb.

Gənclər və İdman Nazirliyinin məlumatına görə, Bakı İdman Sarayında keçirilən olimpiadada 8-19 yaşlı yeniyetmə və gənclər iştirak edir. Yarışlara ümumilikdə 20 təhsil müəssisəsindən 54 komanda qatılıb.

4 kateqoriya üzrə keçirilən olimpiadanın qalib komandaları noyabrda Tailandda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.

Olimpiadanın açılışında robotlardan ibarət sərgiyə baxış olub. Qaliblərin günün sonunda məlum olacağı bildirilir.

Olimpiada Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təəşkilatçılığı ilə keçirilir.

Xatırlatma

Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. Dünya Robot Olimpiadası ilk dəfə Sinqapurda keçirilib.

Ötən il oktyabrın 7-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə ilk seçim yarışı keçirilib.

Multimedia

XS
SM
MD
LG