Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:47

'Bakmil'ə giriş-çıxış məhdudlaşdırılır


Metro

Oktyabrın 6-dan metronun «Bakmil» stansiyasına günün müəyyən saatlarında giriş-çıxış məhdudlaşdırılacaq.

Bu barədə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) oktyabrın 5-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, qismən məhdudlaşdırma yenidənqurma tədbirləri ilə bağlıdır və saat 08:20-dən 17:00-dək davam edəcək.

«Bakı Metropoliteni» QSC vurğulayır ki, məhdudiyyətlər əslində 2018-ci il avqustun 8-dən mərhələlərlə tətbiq edilir: «Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir».

Məlumatda bildirilir ki, Bakı metrosunun yeganə yerüstü stansiyası olan «Bakmil» uzunmüddətli istismarı dövründə köhnəlib, avadanlıq və qurğuların yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası zərurəti yaranıb.

Açıqlamada habelə qeyd edilir ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunan razılığa əsasən, məhdudiyyət müddəti dövründə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələrindən ötrü «Bakmil» və «Koroğlu» stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir. Məhdudiyyət təmir başa çatana kimi davam edəcək.

Bakı metrosu 1967-ci il noyabrın 6-da istismara verilib. Hazırda metronun 24 stansiyası fəaliyyət göstərir. Bu il metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb.

Multimedia

XS
SM
MD
LG