Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:43

Temperaturun düşəcəyi gözlənir


Payız

Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 4-də Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq verir ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Multimedia

XS
SM
MD
LG