Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Yanvar, bazar, Bakı vaxtı 08:23

PA: 'Azərbaycan danışıqlar prosesinə sadiqdir'


Düşənbədə MDB Dövlət Başçıları Şurasının toplantısı

«Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub».

Azərbaycan Prezident Administrasiyasının (PA) xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev dövlət başçısı İ.Əliyevlə Ermənistanın baş naziri arasındakı söhbətlə bağlı AZƏRTAC-a açıqlamasında belə deyib.

«İki ölkə başçıları arasında baş tutan söhbət bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistanla Azərbaycan arasında aparılır», - deyən H.Hacıyev xatırladıb ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilib.

«Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara, təmaslara həmişə hazırdır. Bu Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir», - deyən H.Hacıyev bildirib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.

Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Sentyabrın 28-də Tacikistan paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının toplantısı keçirilib.

Azərbaycan prezidentinin mətbuat xidməti sentyabrın 28-də dövlət başçısı İ.Əliyevin Ermənistan baş naziri N.Paşinyanla Düşənbədə görüşü barədə məlumat yayıb. Həmin məlumata görə, tərəflər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınmasından ötrü atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

«Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar»,- məlumatda bildirilib.

Düşənbə görüşü ərəfəsində isə Ermənistanın baş naziri N.Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib ki, «Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır. Əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox».

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG