Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 09:45

Bəzi məhsullar bahalaşıb


Foto arxiv

Son günlər bəzi məhsulların bahalaşdığı bildirilir.

Bahalaşan gündəlik tələbat malları arasında xüsusilə salfetlər göstərilir. Müxtəlif növ salfetlərin təqribən 25 faiz bahalaşdığı qeyd edilir.

Dünən, sentyabrın 29-dan bəzi market və köşklərdə pərakəndə satılan siqaretlərin qiymətinin də qalxdığı vurğulanır.

Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər. Verilən məlumata görə, siqaretlər təqribən 30- 50 qəpik arasında bahalaşıb.
Artıq, bəzi siqaret alıcıları sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını da ifadə edirlər.

Dövlət Statistika Komitəsi bu ilin 8 ayında ölkədə inflyasiyanin 2,7 faiz olduğunu açıqlamışdı.
Bəzi müstəqil ekspertlər Azərbaycanda qiymət artımı ilə bağlı rəsmi rəqəmlərə şübhə edirlər.

Multimedia

XS
SM
MD
LG