Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:51

Bakıda güclü şimal küləyi gözlənir


Bakı

Sentyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Abşeronda gecə 18-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 26-da Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi gözlənir. Gecə 15-20, gündüz 25-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi vurğulanır. Bu da meteohəssas insanlardan ötrü əsasən əlverişsizdir.

Xəbərdarlıq

Nazirlik bildirir ki, sentyabrın 26-sı gündüzdən 28-i səhərədək Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturunun ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında da sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqının keçəcəyi təxmin edilir.

Multimedia

XS
SM
MD
LG