Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:02

Gömrük Komitəsi islahatlardan danışır


Gömrük Komitəsinin işini necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Gömrük Komitəsinin işini necə qiymətləndirirsiz?

Dövlət Gömrük Komitəsi üç istiqamətdə islahatlar aparır.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda kütləvi informasiya vasitələri (KİV) nümayəndələrindən ötrü nəzərdə tutulan «Gömrük İslahatları və Modernləşdirilmə» mövzusunda təşkil edilən təlimin açılış mərasimində danışıb.

O bildirib ki, bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır.

Onun vurğulamasına görə, Komitənin apardığı üç istiqamətdə islahatlara «Gömrük-Biznes», «Gömrük-Hökumət», «Gömrük-Gömrük» daxildir.

Sədr müavini gömrüyün fəaliyyətində dördüncü bir istiqamətin isə «Gömrük-Media» olmasını istədiyini qeyd edib.

Xatırlatma

Ancaq bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan gömrükçülərinin işində ciddi dönüş müşahidə edilmir. İqtisadçı Nazim Bəydəmirli isə bu günlər AzadlıqRadiosuna demişdi ki, bu sahədə forma dəyişib, mahiyyət dəyişməyib: «Arxasında məmur dayanmayan şəxslərin gətirdiyi mallara invoys qiymətinə uyğun vergi və gömrük rüsumları tam hesablanılır, orta hesabla idxal olunan mal gömrük rüsumlarının dərəcələrindən asılı olaraq 18-38 faiz arası qiymət artımı ilə bazara daxil olur. Ancaq məmur sahibkarlığına malik olan şəxslər eyni malları idxal edərkən invoysları dəyişdirərək bu və ya digər formada qiyməti aşağı göstərirlər, ödədikləri vergi və rüsumlar da az olur. Onlar normal vergisini ödəmiş sahibkarlara nisbətən bazara çıxan zaman daha əlverişli şəraitdə olurlar...».

Multimedia

XS
SM
MD
LG