Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:37

Bakıda silah sərgisi açılıb


Sentyabrın 25-də Bakıda üçüncü «ADEX-2018» Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

AZƏRTAC-ın xəbərinə görə, açılış mərasimində Azərbaycan prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

«Report» agentliyinin xəbərinə görə, müraciət məktubunda qeyd olunub ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrin maddi texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir.

Müraciətdə habelə, bildirilib ki, bu sərgi beynəlxalq hərbi texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsindən ötrü mühüm tədbirə çevrilib.

«ADEX-2018» sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın şirkətləri 11 stendlə təmsil olunur. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

Multimedia

XS
SM
MD
LG