Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:04

Azərbaycanda Neftçilər günüdür


'Qara qızıl'la yoğrulan ailə
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

"Qara qızıl"la yoğrulan ailə. 2012

Bu gün, sentyabrın 20-də Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.

Bununla bağlı 2001-ci ilin avqustun 16-da prezident Heydər Əliyev fərman verib.

1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq», «Günəşli» (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Neftçilər günü bu hadisədən götürülüb.

2017-ci ilin 14 sentyabrında AÇG blokunun 2050-ci ilədək işlənməsindən ötrü yeni müqavilə bağlanıb.

Hazırda bu müqaviləyə əsasən, şirkətlərin iştirak payı belədir: BP (əməliyyatçı) – 30.37 faiz, AzACG (SOCAR) – 25 faiz, «Chevron» – 9.57 faiz, INPEX – 9.31 faiz, «Statoil» – 7.27 faiz, «ExxonMobil» – 6.79 faiz, TP – 5.73 faiz, ITOCHU – 3.65 faiz, «ONGC Videsh Limited» (OVL) – 2.31 faiz.

Azərbaycanın indiyə kimi bu blokun istismarından 140 milyard dollara yaxın vəsait əldə etdiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG