Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:28

Leysan, dolu gözlənir


Yağış

Sentyabrın 18-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 18-də Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG