Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:22

Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşüb


Ilham Əliyev və Recep Tayyip Erdogan. Foto arxiv

Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti RecebTayyip Ərdogan ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, həmçinin birgə gerçəkləşdirilən qlobal layihələrin əhəmiyyətindən danışılıb.

Prezidentlər həmçinin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrin tarixində mühüm hadisə olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir.

Görüşdən sonra hər iki prezidenti Fəxri xiyabana gedərək mərhum prezident Heydər Əliyevin xatirəsini yad ediblər.

Multimedia

XS
SM
MD
LG