Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 13:05

Əmtəə ixracında neft-qazın payı - 91 faiz


Neft buruğu

Bu ilin 8 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin 2017-ci ilin analoji dövrü ilə müqayisədə 57.6 faiz artdığı bildirilir. Paralel olaraq, ölkənin ixracatında neft-qaz sektorunun payının da artmaqda olduğu qeyd edilir.

«Turan» agentliyinin məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik göstəricilərində yazılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən idxal və ixrac əməliyyatlarının bəyan edilən həcmi 7.2 milyard dollar artıb. Bu, 19.7 milyard ABŞ dolları təşkil edib.

İxracın (12.8 milyard dollar) 5.6 milyard, idxalın isə (6.8 milyard dollar) 1.5 milyard dollar çoxaldığı bildirilir.

Məlumatlara görə, ixracda neft-qaz sektorunun xüsusi çəkisi yenidən artıb.

Xəbərdə vurğulanır ki, 2017-ci il ildə ixracda neft-qazın xüsusi çəkisi 86.3 faiz təşkil edib. 2018-ci ildə isə 91.3 faizə yüksəlib.

Xatırlatma

Azərbaycan rəsmiləri hələ 2015-ci ildə baş verən devalvasiyalar zamanı (manat dollar qarşısında iki dəfə dəyər itirdi-r) bəyan etmişdilər ki, ölkə iqtisadiyyatında şaxələndirmə yolu ilə neftdən asılılığı aradan qaldıracaqlar. Hətta rəsmilər bu siyasətin uğurlu nəticələrindən də bəhs edirlər.

Multimedia

XS
SM
MD
LG