Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Azərbaycan Kosovo ilə qarşılaşacaq


UEFA Millətlər Liqası

Bu gün, sentyabrın 7-də saat 22:00-da futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq.

Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edəcək.

Kosovo 2016-cı ilin mayında FIFA və UEFA-ya üzv qəbul olunub.

İlk dəfə təşkil olunan Millətlər Liqası AVRO-2020-yə vəsiqə qazanmaqdan ötrü əlavə şansdır. Çünki UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq, 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.

Azərbaycan və Kosovo D liqasında yer alırlar. Bu liqaların qalibləri AVRO-2020-yə vəsiqə əldə edəcəklər. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq «Dördlər finalı»nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.

Azərbaycan millisi Kosovo, Malta və Farer Adaları yığmaları ilə birgə III qrupda yer alıb.

Xatırlatma

Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqələrlə bağlı qərar verilib. Turnirə 20 vəsiqənin sahibi seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında AÇ-2020-nin seçmə mərhələ oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yerə sahib olanlar Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Ona görə də, indi idman ekspertləri UEFA Millətlər Liqasına önəm verirlər.

Multimedia

XS
SM
MD
LG