Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:59

Bəzi yollarda duman gözlənir


Duman

Avqustun 30-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir. Şimal-şərq küləyinin əsəcəyi, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 30-da Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG