Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 05:35

Narkotik satışında günahlandırılanların 90 faizi...


Narkotik

Bu ilin yanvar – iyun aylarında qeydə alınmış 12844 cinayət hadisəsinin 1813-ü və ya 14.1 faizi narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Bu barədə Dövlət Statistika Komitəsinin bu gün, avqustun 27-də yaydığı məlumatda bildirilir.

Bunların 58.2 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma halları ilə bağlıdır.

«Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1227 nəfərin 87.2 faizi heç yerdə işləməyən və oxumayan, 38.4 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir», - məlumatda yazılır.

Onların 79.1 faizi 30 və yuxarı, 13.3 faizi 25-29, 7.3 faizi isə 18-24 yaş arasında olan şəxslərdir.

Məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında 1441.9 kiloqram narkotik maddə müsadirə edilib.

Multimedia

XS
SM
MD
LG