Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

HRW: Hökuməti çox tərifləməyin


İlqar Məmmədov azadlıqda
İlqar Məmmədov azadlıqda

Amnesty International hüquq-müdafiə təşkilatı da İlqar Məmmədovun məhkumluğunun ləğvini tələb edir. Qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Marie Struthers bəyanatında deyir:

Siyasi motivli təqiblər Azərbaycanın məhkəmə sisteminin embleminə çevrilib. İlqar Məmmədovun işi isə davamlı ədalətsizliyin, hökumətin tənqidçilərinə qarşı qisas kampaniyasının simvoluna dönmüşdü. Hökumətin onlarla tənqidçisi dəmir barmaqlıqlar arxasındadır, ədalətli mühakimə olunacaqlarına ümid yoxdur”.

Beş ildən çoxdur İlqar Məmmədovun dərhal və qeyd-şərtsiz buraxılmasına çağırırıq. Bakı Avropa Məhkəməsinin qərarını və Avropa Şurasının çağırışlarını gözardı edib. Azərbaycan hakimiyyəti İlqar Məmmədovun məhkumluğunu dərhal ləğv etməli, onun qanunsuz həbsinə görə adekvat təzminat almasını təmin etməlidir”, – təmsilçi vurğulayıb.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etmir, onların fəaliyyətinin ölkəyə qarşı yönəldiyini, bir mərkəzdən idarə olunan qarayaxma kampaniyası apardıqlarını iddia edir.

***

“İlqar Məmmədovun hüquqları hələ də pozulmaqdadır, ona qarşı çıxarılmış hökm qüvvədə qalır, hakimiyyət yenə də onun azadlıqlarını, hərəkət azadlığı da daxil olmaqla, məhdudlaşdıracaq”. Human Rights Watch (HRW) insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Giorgi Gogia REAL partiyasının sədri İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsinin qərarıyla avqustun 13-də azadlığa buraxılmasını alqışlasa da, siyasətçinin iki illik şərti cəzayla azad olunmasına diqqət çəkir.

Qurum təmsilçisi Məmmədovun həbsə atılmalı olmadığını vurğulayır. Elə Avropa İnsan Haqları Məhkəməsi də iki qərarında siyasətçinin həbsini qanunsuz sayıb, onun hakimiyyəti tənqid etdiyinə görə həbs olunduğunu vurğulayıb. Avropa Şurasının Nazirlər Komitəsi bir neçə dəfə Məmmədovun azad olunmasına çağırıb. Avropa Şurasının baş katibi onun həbsdə qalmasıyla bağlı təhqiqata başlayıb, Nazirlər Komitəsi Azərbaycana qarşı hüquqi prosedurlara başlamaq qərarına gəlib.

***Buna da bax: İ.Məmmədov: 'Bu hakimiyyətdən nə desən gözləmək olar'

Azərbaycanda ədalətsizcəsinə həbs olunan təkcə Məmmədov deyil. Hakimiyyət tənqidçilərinə amansız hücum edir, onlarla hüquq müdafiəçisi, siyasi fəal, jurnalist saxlanıb. Hökumətin qəbul etdiyi qanunlar və qaydalar müstəqil qrupların işini əngəlləyib, onların maliyyə almasını çətinləşdirib”, – müəllif yazır.

İlqar Məmmədov azadlıqda
İlqar Məmmədov azadlıqda

Azərbaycanın beynəlxalq tərəfdaşlarının Məmmədovun azadlığa buraxılmasını alqışlayan bəyanatlar verməsi anlaşılandır, ancaq hökuməti tərif yağışına tutmamalıdırlar. Məmmədovun həbsdə saxlandığı 2 min 15 günün hər biri onun hüquqlarının pozulması demək olub və hakimiyyət hələ də bu yanlışı düzəltməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşları hakimiyyəti çağırmalıdırlar ki, Məmmədova tam bəraət verilsin, ona dəymiş ziyana görə kompensasiya ödənsin, səyahət, danışmaq, siyasi fəallıqla məşğul olmaq azadlıqlarına məhdudiyyətlər qaldırılsın. Onlar həmçinin hakimiyyəti Azərbaycanda azadlığı müdafiə etdiyinə görə saxlanmış digər şəxsləri də buraxmağa çağırmalıdırlar”, – Giorgi Gogia vurğulayır.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

XS
SM
MD
LG