Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:53

İnvestisiya qoyuluşu 18 faiz azalıb


Dövlət Statistika Komitəsi

2018-ci ilin yanvar-iyul aylarında ölkədə bütün maliyyə mənbələrindən əsas kapitala 7457.3 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

DSK bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17.9 faiz azdır.

«Bu azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19 faiz artıb. Ümumi sərmayənin 72.5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 71.1 faizi məhsul istehsalı obyektlərinin, 21.1 faizi xidmət sahələri üzrə obyektlərin, 7.8 faizi isə ümumi sahəsi 1097.1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56.6 faizini təşkil edib», - məlumatda yazılıb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52.8, bank kreditləri 13.7, büdcə vəsaitləri 24.9, əhalinin şəxsi vəsaitləri isə 6.3 faiz olub.

Sənayedə cüzi artım

Bu ilin 7 ayında Azərbaycanda sənaye istehsalında cüzi artım olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında ümumilikdə 27.5 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz çoxdur.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 10.7 faiz artdığı, neft sektorunda isə 0.7 faiz azaldığı bildirilir.

Sənaye istehsalında əsas pay həmişəki kimi neft sektorunun payına düşür. Sənaye məhsulunun 73.2 faizi mədənçıxarma sektorunda, 22.1 faizi emal sektorunda, 4.1 faizi elektrik, qaz, buxar istehsalında, 0.6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda 7 ayda neft hasilatının 0.3 faiz artdığı, əmtəəlik qaz hasilatınınsa 3.6 faiz azaldığı bildirilir.

Multimedia

XS
SM
MD
LG