Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:35

Leysan yağışlar şimal-qərb bölgəsinə ziyan vurub


Foto arxiv

Leysan yağışları Azərbaycanın şimal-qərb bölgəsinə ziyan vurub. İnsan tələfatının olmadığı bildirilir.

“Turan” agentliyinin məlumatına görə, Zaqatala Rayon Fövqəladə Hallar Komissiyası bildirib ki, bir sıra kəndlərə gedən yolları su basıb.

“Təbii fəlakət nəticəsində rayonun ondan çox yaşayış məntəqəsini, əkin sahələrini sel suları basıb. Güclü leysan nəticəsində Zaqatala şəhəri ərazisində də bir sıra küçələrdə vətəndaşların fərdi yaşayış evlərini və həyətyanı sahələrini su basıb. İnfrastruktura, o cümlədən yol, içməli su, təbii qaz, elektrik, rabitə və meşə təsərrüfatlarına ciddi ziyan dəyib”, məlumatda deyilir.

Oxşar vəziyyətin qonşu balakən rayonunda da yarandığı bildirilir: “Balakən rayonunda da Katex və Balakən çaylarının daşması nəticəsində bir çox həyətləri, obyektləri su basıb.
Sel suları təsərrüfatlara, qarğıdalı, tütün sahələrinə ziyan vurub. Təbii fəlakət nəticəsində Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Siltik su xətti zədələnib, içməli su təchizatında problemlər yaranıb”,deyə rayondan verilən məlumatda qeyd edilir.

Qax rayonu ərazisindən isə axan dağ çaylarının daşması nəticəsində bəzi kəndlərdə infrastruktura, təsərrüfatlara, habelə əkin sahələrinə ziyan dəydiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG