Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:50

Güclü yagış - Bakı-Balakən qatarı yolda qaldı


Azerbaijan -- Train in Baku station - 2016

Bakı-Balakən sərnişin qatarının avqustun 11-də yarı yolda qaldığı bildirilir.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatına görə, buna aramsız yağan leysan yağışı səbəb olub.

Qurum vurğulayır ki, leysan yagışları nəticəsində Lahıc çayı dəmir yolu xəttinin Qax-Zaqataladan keçən 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib. Lahıc çayının 300 metr məsafədə dəmir yolu yatağını yuyub, zədələdiyi bildirilir.

“Bu səbəbdən Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıb”, Azərbaycan Dəmir Yolları QSC-nin məlıumatında yazılır.

Hal-hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işlərinin aparıldığı bildirilir.

Bu gün, avqustun 11-də Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq. Bakı-Balakən sərnişin qatarının Bakıdan cədvəl üzrə yola salınacağı da qeyd edilir.

Multimedia

XS
SM
MD
LG