Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 08:04

İxrac idxalı 5 milyard dollar üstələyib


İxrac

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 16 mlrd. 525 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

7 aylıq ticarət dövriyyəsinin 10 mlrd. 748 mln. dolları ixracın, 5 mlrd. 776 mln. dolları idxalın payına düşüb.

Beləliklə, xarici ticarətdə 4 mlrd. 972 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2.8 dəfə çoxdur.

Ötən ilin eyni vaxtı xarici ticarətdə 1 mlrd. 782.67 mln. dollarlıq müsbət saldo yarandığı açıqlanmışdı.

Bütünlükdə həm ixracda, həm də idxalda artım var.

Günün bütün mövzuları

XS
SM
MD
LG