Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:34

Şimal rayonlarında leysan gözlənir


Yağış

Avqustun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təxmin edilir.

Avqustun 9-da Azərbaycanın bəzi bölgələrində də şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında yağışın leysana keçəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG