Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 07:36

19 'siyasi məhbus' azadlığa çıxıb


O.Gülalıyev

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) Azərbaycanda siyasi məhbus saydıqları şəxslərin siyahısını yeniləyib.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, bu siyahıya daha 9 nəfərin adı daxil edilib. Adları siyahıya yeni salınanlar əsasən, müxalif fəallar, dindarlardır.

Mərkəz həmçinin, siyahıdan bəzi şəxslərin adlarını çıxarıb.

«Son 8 ayda siyasi məhbus hesab etdiyimiz 19 nəfər azadlığa çıxıb. Onların 11-i əfv sərəncamı ilə, qalanları isə cəzalarını çəkərək və ya şərti cəza ilə azadlığına qovuşub. Azadlığa çıxdığına görə həmin 19 nəfərin adı siyahıdan çıxarılıb», - mərkəz təmsilçisi, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Adları Siyasi Məhbusları Müdafiə Mərkəzinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilən şəxslərin sayı 150 civarındadır.

Xatırlatma

Bu, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki yerli qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Siyahılar arasında say baxımından fərq var.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

XS
SM
MD
LG