Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:13

Altıağac qoruğu yanır


Foto arxiv

İyulun 28-də günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yanğın qısa müddətdə Altıağac Milli parkının ərazisinə keçib. Məlumata görə buna güclü külək səbəb olub.

Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Nazirlik hazırda yanğının söndürülməsi üçün operativ tədbirlərin görüldüyünü qeyd edir.

İyulun 28-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında da meşəətrafı ərazidə yanğının başladığı bildirilir.

İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 hektar biçilmiş taxıl sahəsi və 0,5 hektar sahədə kol-kos yanıb. Meşə ərazisinin yanğından mühafizə olunduğu, ancaq yanğınsöndürmə işlərinin davam etdirildiyi, mürəkkəb relyefli ərazidə əsasən əl əməyindən istifadə olunduğu qeyd edilir.

İyulun 27-də isə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkının ərazisində yanğın baş başlamışdı. Fövqəladə Hallar Nazirliyi yanğının qarşısını bu gün, iyulun 28-də səhər saatlarında alıb. Parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötüklərinin yandığı deyilir.

Xatırlatma

Azərbaycanda havaların isti keçməsi bir sıra yerlərdə meşə yanğınlarına səbəb olub. Son ayda bir neçə meşə yanğını baş verib

Bundan əvvəl iyulun əvvəlində Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın baş vermişdi.

Yanğın söndürülmə işlərinə "Mi-17" helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi ( həm quruda, həm də suda enib, qalxa bilən təyyarə-R) cəlb olunmuş, ikinci günündə yanğın söndürülmüşdü.

Multimedia

XS
SM
MD
LG