Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:53

Sürətli yollarda piyada 'xətası' bahalaşır


Piyada keçidi

Bundan sonra piyadalar yolu keçməklə bağlı yol-hərəkət qaydalarını pozduqda yol sürətinin həddindən asılı olaraq cərimə ödəyəcələr.

Bu, prezident İlham Əliyevin iyulun 17-də imzaladığı fərmanla qüvvəyə minən «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunda əksini tapıb.

Qanuna görə, piyada xətanı hərəkət sürətinin həddi 80 km/saat və daha aşağı həddə müəyyən olunan yollarda və ya dəmiryol keçidinin piyada üçün müəyyən olunmayan yerlərində törədirsə, 20 manat məbləğində cərimə ediləcək.

Eyni xəta hərəkət sürətinin həddi 80 km/saat və daha yuxarı yollarda törədilərsə, bunun iki qatı, yəni, 40 manat cərimə olunacaq.

Multimedia

XS
SM
MD
LG